Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid ədəbiyyat
Aşırlı Akıf. Türkün Xocalı Soyqırmı
31 Yanvar , 2019
"Türkün Xocalı soyqırımı" kitabı XX əsrdə Azərbaycan türklərinə və eləcə də bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlər sırasında dayanan Xocalı soyqırımından bəhs edir. Erməni və keçmiş sovet hərbçilərinin 1992-ci ilin 26 fevral gecəsi Xocalıda dinc sakinlərə qarşı həyata keçirdikləri soyqırım aktının dəhşətləri burada əhatəli şəkildə öz əksini tapıb. Publisistika janrında işlənmiş kitab sənədli xarakter daşıyır. Burada irəli sürülən mülahizələr faciənin ayrıayrı məqamlarına dair zəngin fakt materialları ilə müşayiət olunub. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Faylı yuklə