Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

E
Elməddin Nicat. Dağlar yuxunuz çin olsun
27 Dekabr , 2018
Kəlbəcərin ağır eli yerindən, yurdundan cüda düşəndə Elməddin yəqin uşaq olardı və indi o Kəlbəcəri yuxu kimi xatırlayır. Bütün Kəlbəcər şair-ləri kimi, Elməddin Nicat da əslində yuxularını danışır və yazır. Çünki, vətənə qayıtmaq hələ yuxularda mümkündür.
Hər bir Kəlbəcər şairinin ömrünün miqyası yadına salabildiyi yer adları, xatırladığı təbiət obrazları qədərdir. Elməddinin ömrünün hüdudları söylədiyi xatirələrlə, yaşantılarla tamamlanır. O, xatirələrini yuxu kimi yozur, yuxularını da xatirə kimi danışır. Qaçqınlıq-köçkünlük, vətəndə vətən həsrəti, qəriblik ağrısı Kəlbəcər şairlərinin taleyinə yazılıbdır. Neçə şair göz yaşını içinə axıdıbdır, Kəlbəcərin yuxularına girdiyinə inanıblar.
Ana fəryadından ayılan uşaq,
Nənnisi tərsinə qoyulan uşaq,
Vətəni çadırlar sayılan uşaq,
Bir qaçqın şeiri deyəcəm sizə.
Taleyə baxın: Azərbaycan şeirinin ənənəvi mövzu təsnifatına bir mövzu da əlavə olunur: qaçqın şeiri. Başqa bölgələrimizin şairləri məndən inciməsinlər..
Faylı yuklə