Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

N
Azadə Novruzova. Sən mənim ağ kitabım
6 Dekabr , 2018
Hər tərəf ağappaq qar... Təbiət yorğanına bürünüb mışıl-mışıl yatmışdı... (anam belə söyləyir)... həsrəti burnumun ucunu göynə dən əsir vətənimin ağ günündə... ilk dəfə tanıdım Səni... bilmirdim kimsən? Nəsən? Necəsən? Amma çox sev dim... çooox, çooox Səni, dünya... ağappaq libasda iş vəli, nazlı gəlinə oxşayırdın... ağaclardan asılmışdı duva ğın. Nazənin anamın diliylə xoş gəldin etdin... mübarək olsun qədəmlərin! Elə böyük məhəbbətlə bağrına basdın, əzizlədin, sığal çəkdin qıvrım saçlarıma... gözlərimə ba harın, tellərimə payızın rəngini, əynimə qışın donunu geyindirmişdi TANRI. Damarlarımda əsilzadə babaları mın qanı dövr edir, çöhrəmdə günəşin nuru bərq vu rurdu... bax beləcə bəxtəvər gətirmişdi anam dünyaya məni...
Faylı yuklə