Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

H
Hüseynzadə Tofiq Məhəmməd oğlu. Xəyal cığırı: I cild
4 Oktyabr , 2018
Bu kitabda, Səfəvilərin böyük dövlət xadimi, Şah İsmayıl Xətainin mürşidi, dövrünün tanınmış diplomatı, sərkərdə, təsəvvüf mütəfəkkiri, sufi şair, Haqq aşiqliyi (aşıqlıq) sənətinin əsasını qoymuş, Qeyb Ərəni («Ricalül-qeyb»), Pir, Övliya, Allahdan əta edilmiş böyük möcüzələr, kəramətlər, müqəddəs «Ocaq» sahibi, tarixi şəxsiyyət, 1430-1535-ci illərdə yaşamış, bəşəriyyətin beşiyi, tarixi Oğuz yurdu – Göyçə mahalından olan Miskin Abdalın (Hüseyn Məhəmməd oğlunun) «Şadmanlı» oğul nəslinin layiqli nümayəndəsi, 1946-2006-cı illərdə yaşamış istedadlı şair, jurnalist, pedaqoq və tədqiqatçı-folklorşünas Tofiq Məhəmməd oğlu Hüseynzadənin böyük və zəngin şeriyyət dünyası – sağlığında nəşr olunmuş, həmçinin əlyazma şəklində olan şeirləri, hekayələri, hikmətli kəlamları və ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı – ən yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən «Miskin» və «Abdal» anlayışlarının, ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş çox dəyərli elmi-tədqiqat əsəri olan «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsəri toplanılmışdır. Materialların həcmi böyük olduğundan, bu kitab 3 cilddə nəşr olunur.
Faylı yuklə