Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

İctimai elmlər bütövlükdə
Əzimova Rəfiqə. Keçid dövrü cəmiyyətinin sosial stratifikasiyasında orta sinif
1 Oktyabr , 2018
Yeni siyasi-iqtisadi sistemə keçid cəmiyyətin sosial strukturunu köklü surətdə dəyişdirmiş, bununla da onun sinfi və sosial strukturuna təsir göstərmişdir. Ənənəvi olaraq sovet cəmiyyətindəki sabit, qarşılıqlı sinfi münasibətlər keçid dövrü şəraitində yeni keyfiyyət xarakteristikaları kəsb edir. Qarşılıqlı makrosinfi münasibətlər mikrostratifikasiyalı əlaqələr səviyyəsi ilə yerini dəyişir. Yeni stratifikasiyalı struktur çərçivəsində orta sinif tədricən, lakin ardıcıl şəkildə “vətəndaşlıq" qazanır. Orla sinifAzərbaycan şəraitində nəzəri səviyyədə bir anlayış və reallıq kimi nə ifadə edir? İslahat prosesləri gedişində orta sinfin təşəkkülü və qərarlaşması yollarında hansı problemlər meydana gəlir? Cəmiyyətin sosial stralifikasiyasında orta sinfin rolu və tutduğu yer nədən ibarətdir? Orta sinfin təşəkkülü problemləri ilə bağlı bu və bir sıra digər məsələlər bu monoqrafiyada nəzərdən keçirilir. Kitab elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar və dissertantlar, həmçinin müasir sosiologiya məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Faylı yuklə