Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Kitabxana işi. Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq. Biblioqrafiya
Azərbaycan Xalq Cümhuriyyəti - 90: 1918-1920: biblioqrafiya
2 İyul , 2018
TƏRTİBÇİDƏN Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Həmin gün Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə oldu. Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səflkürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacmskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Azərbaycan Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi. AXC haqqında tərtib olunmuş bu biblioqrafik göstərici ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini əhatə edir. Göstərici bu sahədə tərtib olunmuş ilk vəsaitdir. Göstərici 1918-ci ildən 2008-ci ilə qədər olan dövrü əhatə edir. Göstərici xronoloji prinsipə əsasən tərtib edilmişdir. Materiallar aşağıdakı əsas bölmələr üzrə qruplaşdınlmışdır: I. ADR-in yaranması, fəaliyyəti və süqutu; II. ADR-in görkəmli xadimləri haqqında; III. ADR-in yaranması, fəaliyyəti və süqutu (rus dilində); IV. Başqa dillərdə; V. Köməkçi göstəricilər. 3 Rus dilində materialların çoxluğunu nəzərə alıb, o “Başqa dillərdə” bölməsində deyil, ayrıca bölmə kimi verilmişdir. Göstərici tarixçilər, Azərbaycan tarixini tədqiq edən alimlər, kitabxanaçılar, biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Göstərici haqqında rəy və təkliflərini göndərən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk. Bütün rəy və təkliflərinizi M.F.Axundov adma Azərbaycan Milli Kitabxanasına (Az. 1000, Bakı şəhəri, Xaqani küçəsi, 29) göndərməyinizi xahiş edirik.
Faylı yuklə