Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

İctimai elmlər bütövlükdə
Məmmədov Qərib Şamil oğlu, Məmmədova Sara , Hüseynli Eldar. Sosial ekolologiya: sosioekologiya
17 May , 2018
Bu ilk fundamental dərslikdə sosial ekologiyanın predmeti, məqsədi, vəzifələri, prinsipləri, qanunları, inkişaf tarixi, fəlsəfi aspektləri, sosial-ekoloji qarşılıqlı təsirlər, onların subyektləri, təbiət və cəmiyyətin qarşılıqlı təsirləri, qlobal sosial-ekoloji problemlərin həll olunma yolları, sosial ekologiyanın Davamlı İnsan İnkişafı kontekstində təhlükəsizlik aspektləri, sosial-iqtisadi və mənəvi aspektlər, mühitin ekologiyası ətraflı şərh olunub. Kitabda, demək olar ki, insan həyatının bütün sosial sferalan, o cümlədən etika, ekoloji bumeranq, onun səbəbləri və fəsadları, psixologiya və pedaqogikanın elementləri, sosial-gigyenik monitorinq sistemləri və ətraf mühitin qiymətləndirilməsi öz müfəssəl əksini tapıb. Dərslik ali məktəb müəllimləri, tələbələri, magistrlər, dissertantlar, fəlsəfə doktorları, doktorantlar, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Faylı yuklə