Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

İctimai elmlər bütövlükdə
Məmmədova Səadət Davud qızı. Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri
17 May , 2018
Monoqrafiya dünyada və Azərbaycanda sosial dövlətin inkişaf istiqamətlərinin araşdırılması ilə bağlıdır. Burada sosioloji fikir tarixində sosial dövlət haqqında ideyaların təkamülü, “sosial dövlət” anlayışının təhlili, sosial dövlət konsepsiyasının inkişaf istiqamətləri, müasir sosial dövlətin metodoloji əsasları ilə bağlı tədqiqat təqdim edilir. Kitab Azərbaycanda sosial dövlətin inkişafının nəzəri-ideoloji və konstitusion əsaslarının, o cümlədən ayrı-ayrı sosial institutların müasir inkişaf səviyyəsinin öyrənilməsinə həsr edilmişdir. Monoqrafiya sosial dövlət və Azərbaycanda sosial dövlətin inkişafının əsasları ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Əsərdən sosial dövlətin araşdırılması ilə bağlı elmi-tədqiqat işlərində, xüsusi kursların hazırlanmasında, ali məktəblərdə müvafiq fənlərin tədrisi zamanı istifadə edilə bilər.
Faylı yuklə