Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid ədəbiyyat /xarici dillərə tərcumə/
Nazim Tapdıqoğlu. Azərbaycan faciələrinin təqvimi: hər bir azərbaycanlı üçün yaddaş kitabı
3 May , 2018
Son dərəcə qiymətli, tədqiqat səviyyəli bu kitabda başı tarixən min bir bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciə­ lərin təqvim tarixləri toplanmışdır. Kitabda təqvimin xronoloji ardıcıllı­ qla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunmuşdur. Kitab faciəli, amma eyni zamanda dəyərli tarixi keçmişimizi əks etdirən və bu səpkidə ürəklə, əsl vətənpərvərlik ruhu, türkçülük eşqi ilə yazılan ilk sestemli, universal nəşrdir. Müəllif hər bir təqvim gününün Azərbaycan xalqı üçün faciəvi xarakter daşıdığını sübut etməyə çalışmış və buna, demək olar ki, nail olmuşdur. Gərgin axtarışlar və böyük zəhmət bahasına araya-ərsəyə gətirilən və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu kitab yəqin ki, oxucular tərəfindən maraqla qarşılanacaq və öz layiqli qiymətini alacaqdır. İnanırıq ki, bu kitab gənc nəslin milli və­ tənpərvərlik ruhunda tərbiyə almasında böyük rol oynayacaq, tarixi fa ­ ciələrimizi əks etdirən tədqiqatlar arasında özünə layiqli yer tutacaqdır...
Faylı yuklə