Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Dərslikler
Sədnik Paşa Pirsultanlı. Heca vəzninin bayatı və qoşma möcüzələri
29 Yanvar , 2019
Filologiya elmləri doktoru, professor, Republikanın Əməkdar mədəniyyət işçisi Sədnik Paşa Pirsultanlı Azərbaycan milli şeirinin ana vəzni olan heca vəzninin inkişaf prosesi haqqında xeyli vaxtdır ki, şifahi xalq poeziyası kontekstində araşdırmalar aparır. O, bunula bağlı “Heca vəznli şeir və mənzum ata sözləri” (2000), “Heca vəznli tapmacaların inkişafı” (2001) kitablarını nəşr etdirmişdir. Bunlar “Azərbaycan xalq şeirinin inkişafı” adlı kitabın ayrı-ayrı fəsilləri olacaqdır. “Heca vəzninin bayatı və qoşma möcüzələri” adlanan bu kitab isə girişdən, iki fəsildən və nəticədən ibarətdir.