Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

M
Mir Cəlal. Seçilmiş əsərləri: III kitab
18 Yanvar , 2018
Görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın bu kitabına yazıçının 1958-ci ildə çap etdirdiyi "Yolumuz hayanadır" romanı və bir neçə hekayəsi daxil edilmişdir. Roman Azərbaycanın böyük satirik şairi M.Ə.Sabirə həsr olunmuşdur. Əsərdə şairin son dərəcə kcşməkcşli həyatı və zəngin yaradıcılığı işıqlandırılmışdır. Əsərdəki hadisələr 1908-1911- ci illəri əhatə edir. Bu böyük Sabirin həyatında elə bir dövrdür ki. artıq şair təkcə Azərbaycanda deyil, “Molla Nəsrəddin" jurnalının oxunduğu bütün məmləkətlərdə tanınırdı. Şairin Türkiyədə. İranda, Tatarıstanda, Orta Asiyada çoxlu pərəstişkarları vardı. XX əsrin birinci rübündə Azərbaycanın ictimai həyatının mürəkkəb və çətin dövründə bütün təqiblərə “qocaman dağ kimi” tab gətirən Sabir əzəməti, yenilməzliyi romanda canlandırılmışdır. Kitabdakı hekayələr mövzu etibarilə çox zəngin və rəngarəngdir. “Ərik ağacı”, “Gülbəsləyən qız”. “Möhür və məhəbbət". “Günah kimdədir", “Sevinc haqqında” vəs. hekayələrdə səmimi təhkiyə, mənalı yumor, dəqiq psixoloyi təhlil öz ifadəsini tapmışdır.
The novel by outstanding Azerbaijani writer Mir Jalal. Where Are We Going?, publishcd in 1958, and several of his short stories arc included in this book. The novel was dedicated to Azerbaijan’s great satirical poet, M.A. Sabir. The work illuminatcs the poet’s amazingly evcntful life and rich body of work. The book encompasses the events of 1908-11. This was such a successful period in the great Sabir’s life that the poet was known not only in Azerbaijan but in all the countries where Molla Nasraddin magazine was rcad. The poet had many fans in Turkey. iran. Tatarsıan and Central Asia. The novel brings to life the magnificence and invincibility of Sabir, who 'like a venerable mountain’ bore all the trials of the complex and difficult life of Azerbaijani society in the first quarter of the 20th century. The stories in this book covcr very rich and coiourful subjects. The Apricot Tree, The Giri Who Looks Aftcr Flowers, Love Ovcr the Stamp, Wlıo’s Guiity?, About Joy and other stories have convincing narrativc, pilhy humour and accuraıe psychologıcal analysis.



Faylı yuklə