Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Kütləvi informasiya vasitələri. Kitab işi
Məmmədli Pərvanə Hacı qızı. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər
4 Yanvar , 2018
XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı savaş nəticəsində Azərbaycan iki yerə parcalanmış, Azərbaycanın Quzeyi və Güneyi o zamandan bir-birindən fərqli inkişaf xəttinə malik olmuşdur. İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməmişdir. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərmişdir. Oxuculara təqdim olunan bu kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarından geniş bəhs olunur. Kitab Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədi ilə yazılmışdır. O bu sahədə ilk təşəbbüsdür, Kitab jurnalistika, filologiya, tarix və şərqşünaslıq fakültələrində təhsil alan tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Faylı yuklə