Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Kütləvi informasiya vasitələri. Kitab işi
Aşırlı Akif. Azərbaycan mətbuatı tarixi: 1875-1920
4 Yanvar , 2018
Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə söykənərək bu gün bütün çətinliklərlə birgə özünün növbəti inkişaf mərhələsini yaşayır. Akif Aşırlının qələmə aldığı "Azərbaycan mətbuatı tarixi" (1875-1920)" kitabı müasir jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib. Sonuncu dəfə "Azərbaycan mətbuatı tarixi" kitabının 1974-cü ildə çap olunması nəzərə alınsa, müəllifin qarşılaşdığı çətinliklər aydın görünər. Milli mətbu irsimiz barədə yazılan monoqrafiyalar, dövri mətbuatda çap olunan yazılar və müəllifin axtarışları hesabına ərsəyə gələn "Azərbaycan mətbuatı tarixi" (1875-1920)" kitabı problemin həllinə cəhd kimi dəyərləndirilməlidir. Müəllif kitabın qüsurlardan xali olduğu iddiasında deyil və bu yöndə tədqiqatlarını aparmaq fikrindədir.
Faylı yuklə