Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Z
Zeynalov Camal Zeynal oğlu. Nakam məhəbbət
8 May , 2017
Bu kitab Camal Zeynaloğlunun oxucularla səkkizinci görüşüdür. Kitabda müasir həyatımızda gənc nəslin düzgün tərbiyəsi, onların həyat tərzi, ailə birliyinin mənəvi saflığına, əxlaqi-etik normaların qorunub saxlanmasına yönələn qayğıkeş, milli dəyərləri yüksək qiymətləndirən insan surətləri verilmişdir. Müəllif həmçinin ətrafımızda baş verən hadisələri, insan talelərinin çoxmənalı və sirli aləmin dərinliklərinin açılmasına və ailə həyatının incəliklərinin qorunub saxlanması ilə yanaşı, cəmiyyətdə baş alıb gedən pozğunluqları, milli şüurda gedən degredasiyanı, insanların bir-birinə qarşı etinasızlığını, riyakarlıqlarını, xəyanətkarlıqlarını, şöhrətpərəstliyini, xudbinliyini və s. qeyri-insani xüsusiyyətləri də məharətlə açıb göstərə bilmişdir. C.Zeynaloğlunu hazırda düşündürən problemlərdən ən önəmlisi qadın təmizliyi, qadın ləyaqəti, qadın ismətidir.
Faylı yuklə