Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Z
Zeynalov Camal Zeynal oğlu. Talelər dünyası: I kitab
4 May , 2017
Bu kitab C.Zeynaloğlunun oxucularla onuncu görüşüdür. İctimai həyatımızda baş verən hadisələr müəllifi həm bir vətəndaş kimi, həm də qələm əhli kimi gözgörəsi narahat edir. Xalqımızın ən öyünməli, ən güvənməli cəhətləri olan milli dəyərləri – ailə məsələləri, qadın ləyaqəti, qadın şərəfi, isməti mənəvi, əxlaqi, etik baxımından təhlükə qarşısında olduğunu cəmiyyətə mesaj verir. Bütün bunlar Camal Zeynaloğlunun narahat ürəyindən keçib özünün, eləcə də oxucuların sinirlərinə, varlıqlarına sirayət edir. Qadın dünyasına yaxından bələd olan müəllif sizləri uğurlu-uğursuz qadın taleləri ilə baş-başa buraxır, eyni zamanda bilməyərəkdən hisslərinin əsirinə çevrilmiş, sevgi və məhəbbətdə uğursuzluğa düçar olmuş, yanlış yollara varmış qızlarımıza doğru yol göstərərək, həyatda bu yanlışlarını düzəltmək üçün onlara daha bir şans verir. Biz əminik ki, bu kitabı oxuduqdan sonra həyatınızda mütləq bir dəyişikliklər baş verdiyinin şahidi olacaqsınız.
Faylı yuklə