Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

N
Nəzərova Adilə Həsən qızı. Yuxuma yağış yağır
4 May , 2017
Bir insanın ömür yolu bir söz qədərdir və onun ayağından başlayıb başında bitər. Gündüzlərin məhbusluğundan qaçıb gecələr sözün sehrində azadlığa çıxdım mən. Yazdığım hər şeirin ömründə sözün böyüklüyündən yaranan heyrət qəlbimin ən dərin və ən gizli yerində heykəlləşdi. Özümdə ölüb sözümdə dirildim. Bu da bir ömürdü. Mən torpağın üstündəki məni – xəritəmi qoruya bilmədim, Sən buludların altındakı məni – xəzinəmi qoru, Allah! Bir kəlməyə sığdırdığım ömrümün səssiz hərflərini – yuxumu qoru, Allah!
Faylı yuklə