Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

H
Hacıyev Elman Həbib oğlu. Bu, mən görən şəhər deyil: mono-dram
3 May , 2017
Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman Həbibin (Hacıyev Elman Həbib oğlu) “Bu, mən görən şəhər deyil” kitabı oxucularla 16-cı görüşüdür. İlk kitabı “Günəş qatan” “Yazıçı” nəşriyyatında (1981) çap edilib. Sonrakı illərdə “Duzlu uşaqlar" ( “Gənclik”, 1983), “Yoluma çıx” ( “Yazıçı”, 1985), “Nar və gilənar” (“Gənclik”, 1988), “Ömrümün göy qurşağı” (“Qorqud”,1998), “Həqiqət günəşi” (“Qeyrət”, 1998), “Ömrüm-günüm mənim” ( “Elm”,1999), “Hərənin öz işi” (“Yurd”,1999), “Sevən ömrü” ( “Elm”, 2000), “Sənli-sənsiz günlərim” (“Sabah” 2001) “Allah salamı” (“Sabah” 2002), “Günəşin vətəni” ( “Əcəmi” 2004), “Məmləkətim, məhəbbətim” (“Sabah" 2006) kitabları çap olunub. Onun “Sahilsiz çaylar” dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. - Naxçıvan televiziyasında onun “Ağ ölümün ölümü” dram əsəri əsasında 2 hissəli tamaşa çəkilib. Sizə təqdim etdiyimiz bu kitaba şair-dramaturq Elman Həbibin səkkiz dram əsəri və bir mono-dramı daxil edilmişdir.
Faylı yuklə