Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

E
Ə. Eyvazov. Bir batalyonun tarixi: Hadisələr. İnsanlar. Faktlar: sənədli povest
15 Mart , 2017
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixində xalqa müraciətindən sonra təşkil olunmuş Quba-Qusar kö nüllülərindən ibarət batalyonun yaranması, erməni təcavüzkarlarına qarşı batalyon igidlərinin ölüm-dirim mübarizəsi, sıravi əsgərdən tutmuş zabitə kimi hər bir dö- yüşçünün düşmənə nifrət hissi ilə torpaqlarımızın qorunması uğrunda apardığı döyüşlər haqqında sənədli materiallar öz əksini tapır. Quba-Qusar batalyonu haqqında tarixi həqiqətləri əks etdirən ilk, bir qədər də romantik yazılmış bu əsərdə, bəlkə də hələ bəlli olmayan məlumatlar, tarixi faktlar və sənədlər öz əksini tapmamışdır. Odur ki, oxuculardan, sabiq döyüşçülərdən kitab haqqında öz fi kirlərini bildir məyi, bu batalyon barədə kitabda öz əksini tapmayan əlavə məlumatlar, tarixi sənədlər və faktlar varsa, onları çatdırmağı xahiş edirik. Çünki tarixi biz yaradı- rıq. Ona görə də həqiqəti xalqa çatdırmaq, baş verənlər barədə soydaşlarımızı xəbərdar etmək, Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzdur.
Faylı yuklə