Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Elektron kitablar
Milli musiqi alətləri Azərbaycan təsviri sənətində
29 Aprel , 2016
^Azərbaycan musiqi mədəniyyəti hələ qədim dövrlərdən başlayaraq öz zənginliyi, yüksək professionally ilə seçilir. Siyasi həyatın gərginliyinə baxmayaraq orta əsrlərdə ölkə hökmdarları öz saraylarında parlaq zəkalı şairlərin, filosofların, rəssamların və musiqiçilərin yaşayıb-yaratmasına şərait yaradırdılar. İfaçılq sənətindən əlavə Azərbaycan dünya musiqi mədəniyyəti xəzinəsinə Səfiəddin Urməvi (XIII əsr), Əbdül Qadir Marağai (XIV əsr) kimi görkəmli musiqi nəzəriyyəçilərini bəxş etmişdir. Bir neçə əsr ərzində onların işləri bir çox elmi tədqiqatların fundamental əsasını təşkil etmişdir. ^Azərbaycan miniatürlərinin şah əsərləri musiqi sənətinin çiçəklənməsi barədə məlumat verir. “Xəmsə” (1539-1543, London, Britaniya kitabxanası), “Şahnamə” (1520-1530, ABŞ, şəxsi kolleksiya) və.s kimi əlyazmalarına çəkilmiş miniatürlərdə musiqiçilərin dolğun obrazları və gözəl musiqi alətləri təsvir olunur. /V/ATəsrin ortalarına qədər Qacarlar dövründə Azərbaycan fırça ustaları musiqiçilərin və milli musiqi alətlərinin təsvirini verən rəngkarlıq əsərlərini yaratmışlar.Ermənilərin vəhşicəsinə məhv etdikləri İrəvan xanlığının Sərdarlar sarayından çıxarılan (indi Gürcüstan Dövlət incəsənət muzeyində saxlanılır) əsərlərdə də Azərbaycanın qədim milli musiqi alətlərinin təsvirinə rast gəlirik. A C Y əsrdə Azərbaycan təsviri incəsənətinin çiçəklənmə dövründə Ə. Əzimzadə, T. Nərimanbəyov, A. Cəfərov, M. Abdullayev, Ə. Rzaquliyev, A. Rüstəmov, A. Ələsgərov, F. Qəmbərov, E. Avalov, E. Qurbanov və başqaları milli musiqi mədəniyyəti mövzusuna həsr edilmiş dəyərli əsərlər yaratmışlar.

 


Faylı yuklə